Dövlət Komitəsi regionlarda növbəti Açıq Qapı günü elan edir
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi regionlarda növbəti “Açıq qapı” gününün keçirilməsini nəzərdə tutur.
“Açıq qapı” günü 28 noyabr 2023-cü il tarixdə, saat 10:00-dan 17:00-dək Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən psixoloq, sosial işçi və hüquqşünasların iştirakı ilə keçiriləcəkdir.