Qoşulmama Hərəkatının Konfransı çərçivəsində növbəti görüş keçirilib
Поделиться:
Bahar Muradova Qoşulmama Hərəkatının “Qadın Hüquqlarının İnkişafı və Qadınların Səlahiyyətləndirilməsi” mövzusunda keçirilən konfransı çərçivəsində ölkəmizdə səfərdə olan Mərakeş Krallığının həmrəylik, sosial inteqrasiya və ailə naziri xanım Hayar Aavatif ilə görüşüb
İkitərəfli görüş çərçivəsində həssas kateqoriyadan olan ailələrlə işin gücləndirilməsi, qadınların iqtisadi iştirakçılığının təşviqi, sahibkarlığın inkişafı, həmçinin müvafiq sahələr üzrə koordinasiyanın gücləndirilməsi məsələləri ətrafında mümkün əməkdaşlıq imkanları müzakirə edilib.
Görüşdə hər iki tərəfdən digər rəsmi şəxslər iştirak edib.