Bahar Muradova Naxçıvanda Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə tanış olub

26 октября 2023

Поделиться:

Dövlət Komitəsinin sədri Bahar Muradova Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Komitə sədrinə məlumat verilib ki, uşaq və gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı üçün mərkəzdə hər şərait yaradılıb.

Qeyd edilib ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 61 otaq, şahmat sinfi, kitabxana, idman, gimnastika və iclas zalları yerləşir. Mərkəzdə robotexnika, memarlıq-dizayn, mental aritmetik, xalçaçılıq, metal üzərində bədii döymə, ağac üzərində oyma, ebru sənəti, qum sənəti, dulusçuluq, dram, gimnastika və sürətli oxu dərnəkləri mövcüddur.

Daha sonra Komitə sədri mərkəzin dərnək üzvlərinin əl işlərindən ibarət sərgiyə baxıb.

Bildirilib ki, Uşaq-Gənclər Yaradıcılıq Mərkəzininin dərnək üzvlərinin əl işləri respublika və beynəlxalq səviyyəli sərgilərdə nümayiş olunur.