Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin xidmətlərindən 1024 uşaq bəhrələnib

25 октября 2023

Поделиться:

Cari ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin xidmətlərindən 1024 uşaq bəhrələnib.

Autizm sindromlu, inkişaf ləngiməsi və psixoloji dəstəyə ehtiyacı olan uşaqlara Mərkəzlərdə xidmət göstərilir. Xidmətlər müvafiq sahədə sertifikatlara malik olan mütəxəssislər tərəfindən ödənişsiz qaydada aparılır.

Mərkəzlərin ünvan və əlaqə nömrələri barədə məlumat əldə etmək üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

http://www.scfwca.gov.az/.../usaq-ve-ailelere-destek...

Əlavə məlumat üçün tel: +994512305487