“Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulu elan edilir

9 октября 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzər Dövlət Komitəsi növbəti dəfə “Ailəm könüllüləri” proqramı çərçivəsində könüllü qəbulunu elan edir.

Proqramının məqsədi gənclərin potensialından daha səmərəli istifadə edərək, peşə vərdişlərini aşılamaq, təcrübi biliklərini artırmaq, yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək, cəmiyyətin bütün sahələrində fəal iştirakına şərait yaratmaq və ölkədə könüllülük hərəkatının inkişafına töhfə verməkdir.

“Ailəm könüllüləri” proqramında:

− 16-29 yaşlı;

− Ali təhsilli (hazırda təhsilini davam edənlər də daxil olmaqla);
− İntizamlı;
− Təşkilatçılıq bacarığı olan;
− Kollektivdə işləmək bacarığına sahib;
− Operativ;
− Kompüter bilikləri olan;
− Təşəbbüskar gənclər iştirak edə bilər.

Proqram həftədə 2 dəfə, 6 saat olmaqla, 3 ay davam edəcək. Könüllülük fəaliyyətini uğurla başa vuranlar Dövlət Komitəsi tərəfindən sertifikatla təltif olunacaqlar. 

Könüllülük proqramı Komitədə, eyni zamanda 11 Uşaq və Ailələrə Dəstək Mərkəzində (Bakının Xəzər rayonu, Goranboy, Zaqatala, Qəbələ, İsmayıllı, Göygöl, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad, Zərdab rayonları) keçiriləcək.

Müraciət üçün son tarix: 17 oktyabr 2023-cü il.

Qeydiyyat üçün link

Komitəsində könüllü fəaliyyətin təşkili haqqında” Qaydalar

Əlaqə: +99451 230 45 78

E-poçt: scfwcavolunteers@gmail.com