“Uşaq və ailələrə psixososial dəstək” layihəsi həyata keçirilir.
Поделиться:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Komitənin Ağdam, Goranboy Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin birgə təşkilatçılığı ilə ekspert-psixoloqların fasilitatorluğu ilə “Uşaq və ailələrə psixososial dəstək” layihəsi həyata keçirilir. Bu layihənin məqsədi müharibədən zərər çəkmiş, böhran vəziyyətində olan uşaq və ailələrin psixososial rifahını yaxşılaşdırmaq, uşaqların emosiya və hisslərini ifadə etməsinə köməklik göstərmək, stressə davamlılığı gücləndirmək, psixi sağlamlığı möhkəmləndirmək, cəmiyyətə inteqrasiyasını sürətləndirmək, fəaliyyət qabiliyyətini yüksəltməkdir.
Ağdam rayonunun Bənövşələr kənd tam orta məktəbində və Tərtər rayonunun Qapanlı kənd orta məktəbində həyata keçirilən layihəyə 6-16 yaşlı 100 məktəbli cəlb olunub. Layihə çərçivəsində psixoloqlar uşaqların ilkin psixososial qiymətləndirilməsi əsasında yaş qruplarına müvafiq olaraq fərdi və qrup görüşləri, psixoloji treninq və interaktiv oyunlar keçiriblər.
Layihə iyul ayına qədər davam etdiriləcək.