Rast zalında “İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçiriləcək

27 февраля 2023

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 28 fevral 2023-ci il tarixində, saat 16.00-da “Four Seasons” otelinin Rast zalında “İctimai sektorda qadınlar və müasir çağırışlar” adlı konfrans keçiriləcək.
Millət vəkilləri, vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak edəcəyi tədbirin məqsədi vətəndaş cəmiyyəti nümayəndələrinin ölkənin ictimai proseslərində iştirakının təşviqi, eyni zamanda onların bu istiqamətdə fəallığının gücləndirilməsidir.
Konfransda “Zəngəzurun tarixi-etnoqrafik  təsviri və gender məsələləri”, “Qərbi Azərbaycanın tarixi memarlıq irsi”, “Qərbi Azərbaycana Qayıdış:  vətəndaş cəmiyyətinin vəzifələri”,  “Orta dəhliz:regionda sülh” mövzularında çıxışlar dinləniləcək, mövzular ətrafında müzakirə aparılacaq.