Xocalı soyqırımı

25 февраля 2015

Поделиться:

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı minlərlə şəhid qurban vermişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Khojaly genocide -Xocalı soyqırımı

Over the night from February 25 to 26, 1992 Armenian armed forces implemented the capture of the Khojaly city with support of hard equipment and the personnel of the infantry guards regiment #366 of former Soviet Union.
The massed firing with using artillery weapon, hard military equipment, which was began in the evening of February 25, preceded assault of the city.
As a result of this the fire began in the city and by five o’clock in the morning the whole city was in fire. The population (about 2500 people) remained in the city were forced to leave their houses in the hope to find the way to Aghdam – the district center and the nearest place mainly populated by Azerbaijanis.
But these plans have failed. Armenian armed forces with the military support of the infantry guards regiment destroyed Khojaly city and with particular brutality implemented carnage over the peaceful population. As a result:
613 people were killed, among them;
63 children,
106 women,
70 the elderly.
8 families were killed completely.
25 children lost both parents.
130 children lost one of the parents.
487 people were wounded, including;
76 children
1275 people were hostages
150 people were missing
The damage done to both state and private property estimated 5 billion rubles (according to the prices for 01.04.92)
These figures show the results of the most bloody tragedy of Nagorno-Karabakh conflict, which began on February, 1988 with illegal demands of ethnic Armenians of Nagorno-Karabakh Autonomous Oblast of Azerbaijan SSR to join Armenia SSR that was provoked with direct support of ruling circles of the Armenian SSR, consent and inactivity of central authorities of Soviet Union.