“Qızlar Müzakirəyə Qoşulur” layihəsi çərçivəsində Lerik rayonundan olan məktəbli qızlar ilə onlayn fortmatda görüşü baş tutub
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında fəaliyyət göstərən Uşaq Səfirlər Məclisinin “Qızlar Müzakirəyə Qoşulur” layihəsi çərçivəsində Lerik rayonundan olan məktəbli qızlar ilə onlayn fortmatda görüşü baş tutub.
“Stereotiplərə, Komplekslərə Yox Deyək!” adlı görüşdə Uşaq məsələləri şöbəsinin əməkdaşı Təranə Piriyeva, Uşaq Səfirlər Məclisinin üzvləri və Lerik rayonundan 40 məktəbli qız iştirak edib.
Tədbir zamanı "Stereotip", "Kompleks nədir?", "Yeniyetmə dövründə uşaqlarda baş verən fizioloji dəyişikliklər" “Erkən nikahın psixoloji və fizioloji fəsadları”, “Ailədə qızlara qarşı stereotiplərin aradan qaldırılması yolları” mövzularında Uşaq Səfirlər Məclisinin üzvləri tərəfindən iştirakçılara ətraflı məlumat verilib.
Görüş mövzu ətrafında müzakirələrlə davam edib.