“Milli mənəvi və ailə dəyərləri yaşlı nəslin təcrübəsində”
Поделиться:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən mütəmadi olaraq cəmiyyətin diqqətinin ailə məsələlərinə yönəldilməsi, ailə dəyərlərinin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, gənclərin ailə həyatına hazırlığı, sağlam həyat tərzinin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirilir.
Komitə tərəfindən əhalinin xüsusilə, gənclərin insan alveri, erkən nikah və qan qohumları arasında bağlanan nikahların yaratdığı fəsadlar barəsində və sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirilməsi məqsədilə “Milli mənəvi və ailə dəyərləri yaşlı nəslin təcrübəsində” adlı tədbiri keçirilmişdir.
Tədbir “Həyat pilləkənı” adlı filmin nümayişindən başlandı.
Sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov təqdimatla çıxış edərək Respublikamızda nikah, boşanma, erkən nikah halları ilə bağlı statistik göstəricilər, qanunvericilikdə bu istiqamətdə nəzərdə tutulmuş müddəalar barədə tədbir iştirakçılarına məlumat vermişdir.
Saatlı rayon İcra Hakimiyyəti başçısının müavini Reyhan Ocaqova tədbir iştirakçılarını salamlamış, milli mənəvi və ailə dəyərlərinin qorumasında yaşlı nəslin təcrübəsində faydalanmaq çox əhəmiyyətli olduğunu vurğulayaraq erkən nikah hallarının qarşısının alınması üçün bu kimi tədbirlərin keçirilməsi əhəmiyyətini qeyd etmişdir.
Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova Respublikamızda uğurla həyata keçirilən dövlət ailə siyasətindən, Komitənin bu istiqamətdə həyata keçirtdiyi müxtəlif tədbirlər haqqında tədbir iştirakçılarına məlumat vermiş, dövlət qurumlarının, qeyri hökumət təşkilatlarının və sadə vətəndaşlarının erkən nikah hallarına qarşı birgə fəaliyyətinin vacibliyini vurğulamışdır.
Saatlı rayonun axundu Vadər Quliyev dində nikahın statusundan və əhəmiyyətindən danışaraq, erkən nikahının dinə zidd olan bir əməl olduğunu qeyd etmişdir.
Saatlı rayon Mərkəzi rayon Xəstəxanasının həkimi, Ginekoloji şöbəsinin müdiri Adelə Ələkbərova öz çıxışında erkən yaşda nikaha daxil olan qızların üzləşdiyi psixoloji və fiziki problemlər haqqında məlumat verərək, erkən nikah nəticəsində dünyaya gəlmiş körpələrin sağlamlığında yarandığı fəsadlardan və bu fəsadların sağlam cəmiyyətin gələcəyi üçün yaratdığı təhlükədən bəhs etmiş, bütün insanları xüsusi ilə valideynləri məlumatlı olmağa və bu istiqamətdə maarifləndirilməyin vacibliyindən danışmışdır.
Saatlı rayon Polis şöbəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Qrupunun baş inspektoru, polis baş leytenantı Elvin Quliyev rayonda erkən nikah, nikah və boşanma faktları haqqında məlumatı təqdim edərək qeyd etmişdir ki, övladın tərbiyəsindən boyun qaçırdan və məhkəmə yolu ilə təyin olunmuş alimenti ödəməyən valideynlərin məsuliyyətə cəlb olunması barədə danışmışdır.
Tədbir zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Saatlı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin rəhbəri Aida İbrahimova və mərkəzin əməkdaşı Aynur Qarayeva çıxış etmişdirlər.
Çıxışlardan sonra tədbir iştirakçılar ilə müzakirələr aparılmış, müvafiq təkliflər dinlənilmişdir.
Tədbir iştirakçılar arasında Komitə tərəfindən maarifləndirmə vəsaitləri paylanımışdır.