“Gender bərabərliyi və idarəetmə” mövzusunda təlim keçiriləcək
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqının dəstəyi ilə “Aİ Gender Bərabərliyi naminə: İslahat üzrə Yardım Xidməti” layihəsi çərçivəsində yerli icra hakimiyyətlərinin gender məsələləri üzrə məsul şəxsləri olan icra başçılarının müavinləri üçün “Gender bərabərliyi və idarəetmə” mövzusunda təlim keçirməyi planlaşdırır.
Təlimdə iştirakçılara gender bərabərliyinin təmin edilməsi istiqamətində aparılan dövlət siyasəti, qlobal trendlər, genderə həssas yanaşma, gender indikatorları və yoxlama alətləri, gender bərabərsizliyinin səbəbləri və nəticələri, genderə məsul şəxsin funksiyasının təsviri və idarəetmədə rolu haqqında məlumatlar veriləcək.
Açılış tədbiri 28 noyabr 2022-ci il tarixində saat 09:30-da “Hilton” Bakı otelində baş tutacaq təlim hər qrup üçün 2 gün olmaqla 28-29 noyabr tarixlərində saat 09.00-17.00-dək davam edəcək. Digər rayonlardan olan məsul şəxslər üçün isə 15-16 dekabr və 19-20 dekabr 2022-ci il tarixlərində davam etdiriləcək.