Uşaqlar arasında “İTi Zəka” hakatonu elan edilir

24 ноября 2022

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət KomitəsiAzərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə “İTZəka” hakaton müsabiqəsi elan edir.

Müsabiqə uşaqlara öz hüquqlarının təmin edilməsi istiqamətində təşəbbüs irəli sürmək, innovativ həll yolları təklif vermək imkanı yaratmaq, onlarda yaradıcı düşüncəni inkişaf etdirmək məqsədilə keçirilir.

Hakaton iştirakçılar üçün komandada işləmək, eləcə də rəqəmsal bacarıqları inkişaf etdirmək, son texnoloji yenilikləri tətbiq edərək innovativ həll yollarını tapmaq imkanı yaradacaq.

Hakaton aşağıdakı mövzuları əhatə edəcək:

Uşaq inkişafı;

Təhsil və uşaqlar;

Zorakılıqdan müdafiə;   

Uşaqların informasiya təhlükəsizliyi

Uşaqların asudə vaxtı

Hakatonda rəqəmsal bacarıqlara sahib, innovativ düşüncəli, bu sahəyə xüsusi marağı olan və komandada  işləməyi bacaran 12-17 yaşlı uşaqlar iştirak edə bilər.

İştirak etmək istəyənlər 6 dekabr 2022-ci il tarixinədək elektron müraciət formunun linki vasitəsilə qeydiyyatdan keçə bilərlər.

12 dekabr 2022-ci il tarixində keçiriləcək müsabiqənin birinci mərhələsində 3 nəfərdən ibarət komandalar verilən vaxt ərzində, mentorların dəstəyi ilə ideyalarını layihə şəklində hazırlayacaqlar. Layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Verilən tapşırığı innovativ yollarla həll etməyi bacaran 10 komanda finala vəsiqə qazanacaq.

13 dekabr tarixində baş tutacaq final tədbiri zamanı ən yaradıcı ideyanın müəllifi olan ilk 3 komanda qalib seçiləcək. Qaliblərə (komandanın hər bir üzvünə) qiymətli mükafatlar, bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.

Əlavə suallar yaranarsa, hakaton@scfwca.gov.az elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz.

Qeydiyyat linki: https://form.jotform.com/egovdigitalinnovations/digital-idea-bootcamp  

Son qeydiyyat tarixi: 6 dekabr 2022-ci il

Müsabiqənin Əsasnaməsi