Strasburqda Avropa Şurasının Uşaq hüquqları üzrə Rəhbər Komitəsinin 6-cı iclası keçirildi

18 ноября 2022

Поделиться:

15-17 noyabr 2022-ci ildə tarixlərində Fransanın Strasburq şəhərində Avropa Şurasının Uşaq hüquqları üzrə Rəhbər Komitəsinin (CDENF) 6-cı iclası keçirilib.

İclas çərçivəsində Rəhbər Komitə tərəfindən 16 məsələyə baxılıb.

Xüsusilə Avropa Şurasının “2022-2027-ci illər üçün Uşaq Strategiyası”nın çərçivəsində üzv ölkələr üçün qəbul olunacaq tövsiyə sənədləri barədə məlumat verilib, eyni zamanda uşaqlara qarşı zorakılıq üzrə hesabatlılıq sistemlərinin gücləndirilməsi üzrə təlimatlar sənədi müzakirə olunub. Strategiyanın icra vəziyyəti ilə bağlı ölkələrin hesabatları dinlənilib.

Valideynlərin ayrıldığı zaman uşaqların ən yaxşı maraqlarının qorunması və qayğı sistemi, uşaqların öz sağlamlıqları ilə bağlı qərarların qəbul edilməsində iştirakı ilə bağlı Təlimat və tövsiyə sənədləri üzrə beynəlxalq mütəxəssislər tərəfindən təqdimatlar keçirilib.

O cümlədən, Rəhbər Komitənin süni intellekt fəaliyyəti təşəbbüsü üzrə uşaq hüquqları və süni intellekt konsepti müzakirə edilib.

Azərbaycanı iclasda milli ekspert olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, uşaq inkişafı və sosial iş izrə mütəxəssis Ceyran Rəhmətullayeva təmsil edib.

C. Rəhmətullayeva 2020-2030-cu illər üzrə qəbul olunmuş Milli Uşaq Strategiyası və Strategiyanın 2020-2025-ci illər üzrə fəaliyyət planı çərçivəsində hazırlanmış sənədlər, eyni zamanda bu sahədə həyata keçirilən fəaliyyətlər barədə məlumat verərək təkliflərini səsləndirib.