Beynəlxalq Qızlar Gününə həsr olunmuş infotur Şamaxı və Salyanda davam edib
Поделиться:
11 Oktyabr - Beynəlxalq Qızlar Gününə həsr olunmuş kampaniya 4-5 oktyabr tarixlərində Şamaxı və Salyan şəhərlərində davam edib.
Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) təşkilatçılığı ilə "Regional İnkişaf” İctimai Birliyi tərəfindən icra olunan kampaniyanın məqsədi cəmiyyətdə qız uşaqlarının dəyərini təşviq etmək və onların öz potensiallarını reallaşdıra bilməsi üçün bərabər imkanların yaradılmasının əhəmiyyətini təbliğ etməkdir.