1 oktyabr Beynəlxalq Ahıllar Günüdür

3 октября 2022

Поделиться:

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qəbul etdiyi qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur.

Bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsi isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. 1993-cü ildən başlayaraq Beynəlxalq Ahıllar Günü bütün dünyada olduğu kimi ölkəmizdə də qeyd olunur.

"Sosial xidmət haqqında" Azərbaycan Respublikası Qanununa əsasən ölkəmizdə yaşı 70-ə çatmış şəxslər ahıl hesab olunurlar.

Ölkəmizdə ahıl insanlara, onların sosial müdafiəsinə daim xüsusi diqqət və qayğı göstərilir.