İmişli rayonunda “Heydər Əliyev Mərkəzi”ndə ailə, qadın və uşaq məsələləri ilə bağlı vətəndaşların qəbulu keçiriləcək. Qəbulda vətəndaşların ərizə, təklif və tövsiyyələrinə baxılması nəzərdə tutulur.
Поделиться:
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, ölkəmizin bölgələrində nazir və komitə sədrləri tərəfindən vətəndaşların qəbulu davam edir.
22 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri xanım Hicran Hüseynova İmişli rayonunda vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonlarının sakinləri qadın və uşaq hüquqlarının müdafiəsi, məşğulluq, sağlamlıq və digər məsələlərlə bağlı iştirak edəcəklər.