4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum qadınlar üçün peşə hazırlığı kurslarına yekun vurulub

31 мая 2016

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi mütəmadi olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidməti 4 saylı Cəzaçəkmə Müəssisəsində məhkum qadınların problemlərinin həllinə, onların sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirir.

          31 may 2007-ci il tarixdə qəbul edilmiş “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikasının Qanununa və “Azərbaycan Respublikasının Məşğulluq Strateqiyasının həyata keçirilməsi üzrə Dövlət Proqramına (2011-2015-cı illər)” müvafiq olaraq, Ədliyyə Nazirliyi Penitensiar Xidməti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti ilə birgə 4 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən qadınların azadlığa hazırlanması, habelə azad olunduqdan sonra onların qısa müddət ərzində işlə təmin olunmalarında köməklik məqsədilə məhkumların istəklərinə uyğun olaraq 19 məhkum qadın üçün 6 oktyabr-28 dekabr 2015-ci il tarixlərində 3 aylıq “aşbaz köməkçisi” üzrə peşə hazırlığı kursu təşkil edilib.

Bu məqsədlə 26 yanvar 2016-ci il peşə hazırlığı kursunu uğurla bitirən məhkumların sertifikatla təltif edilməsi mərasimi keçirilib.

Tədbirdə Ədliyyə Nazirliyi Penitensiar Xidməti 4 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə işləri üzrə rəis müavini Hikmət Kazımov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Uşaq Problemləri şöbəsinin müdiri Cəmilə Bağırova və həmin şöbənin müdir müavini Aidə Seyidli, Xətai rayon Məşğulluq Mərkəzinin mütəxəssisi Vüsal İbrahimov, 18 saylı peşə məktəbinin direktoru Rauf Zeynalov iştirak ediblər.

Tədbirdə həmçinin, məhkum qadınların problemləri dinlənilib, onların həlli istiqamətində işlərin aparılması üçün qeydiyyata alınıb.