Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Uşaq və Ailələrə Dəstək Mərkəzlərində keçirilmiş monitorinqlərin nəticələrinə dair dəyirmi masa keçirilmişdir
Поделиться:
6 aprel 2015-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Komitənin nəznində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində regional mərkəzlərlə iş şöbəsi tərəfindən fevral-mart aylarında keçirilmiş monitorinqlərin nəticələrinin müzakirəsinə həsr olunmuş dəyirmi masa keçirilmişdir. Tədbirdə Komitənin sədr müavini Aynur Sofiyeva, Regional Mərkəzlərlə İş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva, Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktorları, Mərkəzlərin uşaq inkişafı üzrə mütəxəssizləri və şöbə əməkdaşları iştirak etdilər. Monitorinqlərin keçirilməsinin məqsədi Mərkəzlərdə göstərilən xidmətlərin keyfiyyətinin qiymətləndirmək, mövcud problemləri araşdırmaq və bundan sonrakı işin səmərəliliyinin daha da artırılması üçün hədəflərin müəyyən olunması olmuşdur. Monitorinqlər zamanı Mərkəzə edilən müraciətlərin və xidmətlərin qeydiyyata alınması, fərdi halların idarə edilməsi, ailəyə səfərlərin təşkili və sənədləşdirilməsi, aktiv terapiya, psixoloji iş, dərnəklərin, təlimlərin, tədbirlərin, maarifləndirici görüşlərin təşkili, risk qruplu əhalinin və benefisiarlar bazasının yaradılması, hesabatlılıq sistemi, əyanı vəsaitlər və fəaliyyət otaqlarının təşkili, işçi heyyətin peşəkarlığı və iş bölgüsü, eyni zamanda maliyyə sənədləri üzrə mənbələr qiymətləndirilmişdir. Monitorinqlərin nəticəsi olaraq UADM-nin direktorlarına yazılı tövsiyyələr təqdim edilmiş, təkmilləşdirilməsinə ehtiyac duyulan fəaliyyətlərlə bağlı 7-11 aprel tarixlərində UADM-nin direktorları və əməkdaşları üçün praktiki və nəzəri təlimin birinci hissəsi təşkil edilmişdir. Proqram çərçivəsində mütəxəssizlərin autizm ayı çərçivəsində keçirilən təlimlərdə iştirakı, Bakı şəhərində fəaliyyət göstərən bir neçə reablitasiya mərkəzinə səfərləri və Dövlət Komitəsində keçiriləcək uşaq inkişafı üzrə nəzəri təlimdə iştirakları planlaşdırılır.