“Sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda tədbir keçirilib
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Qobustan rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qobustan rayon Heydər Əliyev Mərkəzində “Sağlam həyat tərzinin təbliği, ziyanlı vərdişlərin, narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dövlət Komitəsinin əməkdaşı Nailə İbrahimova çıxış edərək, gənclərin sağlam nəsil kimi formalaşdırılması istiqamətində Komitə tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, sağlam həyat tərzinin vacibliyindən, insan sağlamlığına müsbət təsir edən amillərdən danışıb.
Daha sonra psixoterapevt Aydan Xasməmmədzadə “Psixoaktiv maddələrdən asıllıq” adlı təqdimatla çıxış edərək, ziyanlı vərdişlərin fəsadlarından və insan sağlamlığına göstərdiyi mənfi təsirləri barədə iştirakçılara geniş məlumat verib.
Tədbirin sonunda iştirakçıları maraqlandırılan suallar cavablandırılıb və “Biz narkotiklərə Yox deyirik!” adlı məlumat vəsaiti paylanılıb.