Komitə sədri Masallı rayonunda vətəndaşları qəbul edəcək
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 23 iyun 2022-ci il tarixində, saat 11:30-da Masallı rayon Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirəcək.
Qəbulda Masallı və Yardımlı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılacaq.