Post müharibə dövründə psixo-sosial işin aparılması məqsədi ilə növbəti layihəyə start verilib
Поделиться:
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi post müharibə dövründə psixo-sosial işin aparılması, müharibədən zərər çəkmiş, böhran vəziyyətində olan uşaq və ailələr eyni zamanda qazi və şəhid ailələri cəmiyyətə inteqrasiyasını sürətləndirmək məqsədi ilə növbəti layihəyə start verib.
Layihə çərçivəsində tədbirdə Komitənin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) psixoloq və sosial işçiləri uşaqların ilkin psixososial qiymətləndirilməsi əsasında yaş qruplarına müvafiq olaraq fərdi və qrup terapiyası, inkişafetdirici məşğələlər, psixoloji treninqlər, musiqili-əyləncəli və interaktiv oyunlar keçirib.
Tədbirdə Ağdam rayonu Xındırıstan kənd tam orta məktəbin 6-16 yaş qrupundanolan uşaqlar iştirak ediblər.