Dövlət Komitəsinin sədri Bahar Muradova İmişli, Sabirabad və Saatlı sakinlərini qəbul edib

25 мая 2022

Поделиться:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin həlli ilə bağlı müvafiq tədbirlər görülür.

25 may 2022-ci il tarixində Dövlət Komitəsinin sədri Bahar Muradova Saatlı rayon Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbulda İmişli, Sabirabad və Saatlı rayon sakinlərinin ərizə, müraciət və təkliflərinə baxılıb.

Qəbuldan əvvəl Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ziyarət edilib. Abidə önünə gül dəstələri qoyulub, Ulu öndərin xatirəsi ehtiramla yad olunub.

Qəbulda iştirak edən vətəndaşların müraciətləri uşaqla ünsiyyət, məişət zorakılığı, məşğulluq, əlilliyin təyin olunması və bir sıra digər məsələlərlə bağlı olub.

Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, vətəndaşların ərizələri qəbul edilərək, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib. Qeyd edək ki, Komitənin səlahiyyətlərinə aid olmayan vətəndaş ərizələri aidiyyəti üzrə göndəriləcək.