Uşaqların internetdən təhlükəsiz istifadəsinin təmin edilməsinin təbliği məqsədilə təlimlərə başlanılıb

6 мая 2022

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqların kibertəhlükələrdən və zərərli informasiyalardan qorunması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, regionlarda “İnternetdən təhlükəsiz istifadə üçün maariflənək” mövzusunda ilk maarifləndirici təlim 5 may 2022-ci il tarixində Qəbələ rayonu, 1 nömrəli orta məktəbdə keçirilib.

5-7-ci sinif şagirdlərinin iştirakı ilə keçirilən təlim Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin əməkdaşı Sevil Rəsulzadə və BDU-nun müəllimi, informasiya təhlükəsizliyi üzrə təlimçi Ellada Mustafayeva tərəfindən aparılıb.

Uşaqlara internetdə yaranan təhlükə və risklərdən müdafiə üsulları, bu istiqamətdə valideyn və müəllimlərlə məsləhətləşmənin vacibliyi, şəxsi məlumatların qorunması üçün güclü şifrələrdən istifadə qaydaları barədə ətraflı məlumat verilib.

Təlim zamanı uşaqlara Dövlət Komitəsi tərəfindən hazırlanmış məlumatlandırıcı qeyd dəftərləri paylanılıb.

Yekunda təlimdə iştirak edən fəal uşaqlara sertifikatlar təqdim edilib və xatirə fotosu çəkilib.