Yerli komissiyaların potensialının artırılması istiqamətində keçirilimiş iclasın davamı olaraq yerli komissiyaların katibləri və qeyri hökumət təşkilatları ilə birgə görüş təşkil olunub

22 апреля 2022

Поделиться:

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə Komissiyanın 26 noyabr 2021-ci il tarixli, 26 nömrəli Protokoluna əsasən təsdiq edilmiş Tədbirlər Planınına əsasən keçirilən tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Rayon/Şəhər İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların məsul katibləri ilə birgə onlayn görüş keçirilib.

Tədbirin giriş sözünü açan Uşaq problemləri şöbəsinin müdiri Cəmilə Bağırova komissiyaların fəaliyyət istiqamətləri, malik olduğu səlahiyyətlər və uşaq hüquqlarının müdafiəsi sahəsində qarşıya çıxan mühüm məsələlər​ barədə iştirakçılara ətraflı məlumat verib. ​​​​​​​​​​​Eyni zamanda görüşdə iştirak edən Uşaq problemləri şöbəsinin müdir müavini Günel Nağdəliyeva tərəfindən qeyd edilən mövzular ilə bağlı tədqimat nümayiş etdirilib.

Tədbirdə “Təmiz Dünya” Qadınlara Yardım İB-nin Qadın və Uşaq Sığınacağının rəhbəri Mehriban Zeynalova, “Azərbaycan Uşaqları” İB-nin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı- Reinteqrasiya Mərkəzinin rəhbəri Kəmalə Ağazadə və “Ümid yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin müdiri Nigar Mənsimova çıxış edərək, öz fikirlərini səsləndiriblər.​​​​​​​​​

Tədbir müzakirələrlə davam edib.