“Ailə və Bərabər inkişaf” jurnalının ilk sayını sizlərə təqdim edirik
Поделиться:
15 ilə yaxındır ki, “Ailə Qadın Uşaq” adı ilə dərc olunan jurnalımızın bu ildən başlayaraq “Ailə və Bərabər inkişaf” adı ilə təqdim edilən bu sayında Dövlət Komitəsinin fəaliyyət istiqamətləri üzrə maarifləndirici və hesabat xarakterli yazılar, eyni zamanda ailələrin qorunmasında milli-mədəni dəyərlərin rolu, dəstək mexanizmlərinin formalaşmasında vətəndaş cəmiyyətinin rolu mövzularında ekspert yanaşmaları, həmçinin məqalə və təhlillər, hüquqi və psixoloji məsləhətlər yer alıb.
Hər kəsi jurnalımızın səhifələrində yer alan yazılarla tanış olmağa dəvət edir, ümid edirik ki, təqdim etdiyimiz materiallar sizin marağınıza səbəb olacaq.