“Avropa İttifaqı-Azərbaycan İllik Fəaliyyət Proqramı” çərçivəsində müzakirələr aparılıb

8 апреля 2022

Поделиться:

“Avropa İttifaqı-Azərbaycan İllik Fəaliyyət Proqramı” çərçivəsində müzakirələr aparılıb
7 aprel 2022-ci il tarixində 2022-ci il üzrə “Avropa İttifaqı-Azərbaycan İllik Fəaliyyət Proqramı”nın, eləcə də Avropa İttifaqı (Aİ) - Azərbaycan prioritetlərinin müzakirəsi məqsədilə görüş keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin iştirakı ilə keçirilən görüşdə gender bərabərliyi və gender büdcələşməsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb və Komitənin sədr müavini Sədaqət Qəhrəmanova qeyd edilən mövzular üzrə təkliflər səsləndirib.
Ötən illər ərzində qadınların iqtisadi imkanlarının artırılması, onların iqtisadi səlahiyyətləndirilməsi üzrə müsbət nəticələrin əldə edildiyini qeyd edən sədr müavini, bu fəaliyyətlərin davam etdirilməsi, eləcə də daha əvvəl olduğu kimi Dövlət Komitəsinin BMT-nin İnkişaf Proqramı ilə birgə həyata keçirdiyi layihələrdə də birgə əməkdaşlığın önəmini vurğulayıb. O, gender büdcələşməsi sahəsində dövlət tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyini və bu istiqamətdə işlərin davam etdirildiyini qeyd edib.
Məişət zorakılığı ilə mübarizə istiqamətində Aİ ilə bugünədək uğurlu əməkdaşlıqdan bəhs edən S.Qəhrəmanova, Tvinninq layihəsi çərçivəsində əməkdaşlığın davam etdirilməsi və TAIEX aləti vasitəsilə yeni layihələrin həyata keçirilməsinin məqsədəuyğun olduğunu bildirib. O, həmçinin münaqişədən əziyyət çəkmiş məcburi köçkün ailələrin, o cümlədən qadın və uşaqların işğaldan azad edilmiş ərazilərə geri qayıdışının təmini istiqamətində birgə fəaliyyətlərin aparılmasının vacibliyini vurğulayıb.
Aİ-nın bölüm rəhbəri David Kullen və Aİ Azərbaycan Nümayəndəliyinin Əməkdaşlıq bölməsinin rəhbəri Viktor Bojkov qadınların hüquqlarının təmin edilməsi istiqamətində Dövlət Komitəsi ilə əməkdaşlığı müsbət qiymətləndirərək, bu sahədə fəaliyyətlərin davam etdirilməsinin vacib olduğunu bildirib.
Görüş müzakirələrlə davam edib.