“2 aprel Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş açıq qapı günü keçiriləcəkdir
Поделиться:
01 aprel 2022-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Səbail Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “2 aprel Dünya Autizm Məlumatlandırma Günü”nə həsr olunmuş açıq qapı günü keçiriləcəkdir.
Səbail rayon ərazisində yerləşən “Ana məktəb” uşaq bağçasında saat 11:00-da baş tutacaq qəbulda Komitənin psixoloqu və sosial işçisi, eyni zamanda Autizmə erkən müdaxilə mərkəzinin rəhbəri Aynur Hüseynli iştirak edəcəkdir.
Görüş zamanı mütəxəssislər tərəfindən uşaqların müayinəsi aparılaraq, onlara və valideynlərinə psixo-sosial xidmət göstəriləcəkdir.