21 Mart - Beynəlxalq Daun Sindromlu İnsanlar Günü ilə əlaqədar regionlarda tədbirlər keçirilib

21 марта 2022

Поделиться:

21 mart tarixi bütün dünyada Beynəlxalq Daun Sindromlu İnsanlar Günü kimi qeyd olunur. Bu günün təsis edilməsində məqsəd cəmiyyətin diqqətini bu problemə çəkmək, maarifləndirmə tədbirlərinin keçirilməsinə şərait yaratmaqdır. Həmin gün aidiyyəti orqanlar, müxtəlif beynəlxalq və qeyri-hökumət təşkilatları bu mövzuya həsr olunan bir sıra fəaliyyətlər həyata keçirir.
​Ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan şəxslər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də həssas qrupdan olan uşaqların və onların valideynlərinin dəstəklənməsinə yönəlik fəaliyyətə, onların cəmiyyətə inteqrasiyasını təmin etməyə, asudə vaxtlarının səmərəli təşkilinə xüsusi önəm verir.
Bu istiqamətdə növbəti tədbirlər 21 Mart Ümumdünya Daun Sindromlu İnsanlar Günü ərəfəsində Komitənin nəzdində fəaliyyət göstərən Şüvəlan, Goranboy, Zaqatala, Qəbələ, İsmayıllı, Göygol, Ağdam, Hacıqabul, Saatlı, Sabirabad və Zərdab rayonlarında yerləşən Uşaq və Ailələrə Dəstək Mərkəzlərində keçirilib.
Tədbirlərdə iştirak edən mərkəzlərin fəaliyyətindən bəhrələnən daun sindromlu uşaqlar əylənərək, səmərəli vaxt keçiriblər.
Tədbirlərin sonunda uşaqlara hədiyyələr təqdim edilib.