“Gender Yönümlü Həssas Yanaşma” Praktik Alətlər və Nəzəri Üsullar Bələdçi Vəsaiti nəşr edilib
Поделиться:
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin birgə əməkdaşlığı çərçivəsində “Gender Yönümlü Həssas Yanaşma” Praktik Alətlər və Nəzəri Üsullar Bələdçi Vəsaiti nəşr edilib. Üç fəsildən ibarət olan çap materialı müxtəlif siyasətlərin məzmununa gender perspektivlərinin daxil edilməsini, həmçinin qadın və kişilərin bərabər təmsil olunmasındakı problemləri həll etməyi qarşıya qoyur. “Gender Yönümlü Həssas Yanaşma” Bələdçi Vəsaiti əhatə etdiyi məsələlərin genişliyi və əhəmiyyəti baxımından gender bərabərliyinin təmin edilməsinə mühüm töhfə verəcək, gələcəkdə bu sahədə böyük nailiyyətlərin əldə olunmasında vacib rol oynayacaqdır. Vəsait dövlət orqanları, gender bərabərliyi üzrə ekspertlər, müvafiq fənləri tədris edən müəllimlər, elmi işçilər, ümumiyyətlə, dövlət idarəçiliyində gender məsələsi ilə maraqlanan oxucular üçün faydalı informasiya mənbəyi hesab edilir.