Regionlarda gender stereotipləri, qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair maarifləndirmə seminarları keçirilib

3 декабря 2021

Поделиться:

29 noyabr-3 dekabr 2021-ci il tarixlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Avropa İttifaqı və Avropa Şurasının əməkdaşlığı ilə birgə “Azərbaycanda İstanbul Konvensiyası və digər gender bərabərliyi standartlarına dair məlumatlılığın artırılması” layihəsi çərçivəsində “Gender stereotipləri, qadınlara qarşı zorakılıq və məişət zorakılığına dair maarifləndirmə” mövzusunda regionlarda seminarlar keçirilib. Seminarlar Qəbələ, Zaqatala rayonlarında, Şəki şəhərində və Şəkinin Qoxmuq kəndində baş tutub. Görüşlərdə vətəndaş cəmiyyətinin və ictimaiyyətin nümayəndələri, jurnalistlər, kənd məktəbinin şagird və müəllimləri olmaqla 130 nəfər iştirak edib.
Dövlət Komitəsinin Xarici əlaqələr və protokol şöbəsinin müdir müavini Kəmalə Haqverdiyeva, Qadın problemləri və gender məsələləri şöbəsinin əməkdaşları Sevinc Məmmədova və Aytəkin Hacıyeva “Gender stereotipləri və qadınlara qarşı zorakılıq” mövzusunda təqdimatlarla çıxış ediblər. Eyni zamanda Avropa İttifaqının layihə rəhbəri Pərvanə Bayramova layihə haqqında və İstanbul Konvensiyası barədə iştirakçılara məlumat verib.
Seminarlarda qadınlara qarşı zorakılıq haqqında film nümayiş etdirilib, sual-cavab əsasında müzakirələr aparılıb.