Regionlarda gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində təlimlər keçirilib
Поделиться:
30 noyabr – 02 dekabr 2021-ci il tarixlərində Saatlı və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzlərində məişət zorakılığı qurbanları ilə iş üzrə təlimlər keçirilib.
Təlimlər Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tərəfdaşlığı və Avropa İttifaqının maliyyə dəstəyi ilə keçirilən “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində baş tutub.
Litvalı ekspertlər Audra Mikalauskaite və Daine Urbanaite tərəfindən keçirilən təlimlər zamanı məişət zorakılığı sahəsində xidmətlərin göstərilməsində beynəlxalq standartların tətbiqi, məişət zorakılığı hallarının həllində qurumlararası əməkdaşlıq və fəaliyyətlərin koordinasiyası, eləcə də məişət zorakılığı hallarına cavab tədbiri olaraq fərdi fəaliyyət planlarının hazırlanması kimi mövzular əhatə olunub.
Təlimlərdə Saatlı, Sabirabad, İsmayıllı UADM-lərin əməkdaşları (sosial işçilər, psixoloqlar), yerli icra hakimiyyəti orqanları yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının və bələdiyyələrdə yaradılmış gender komissiyalarının üzvləri iştirak ediblər.