Məktəb psixoloqları üçün təlimlər davam etdirilir
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Təhsil Nazirliyinin birgə əməkdaşlığı çərçivəsində Komitə tərəfindən 29-30 noyabr tarixlərində “Məktəb Psixoloqu” layihəsi üzrə Azərbaycan Respublikası Təhsil İnstitutunda təlim təşkil edilib.
Təlimdə Psixologiya Elmi Tədqiqat İnstitutunun Yaş və İnkişaf Psixologiyası Şöbəsinin müdiri Bakı Dövlət Universitetinin müəllimi Mətanət Əliyeva və MedEra Hospitalının psixoloqu Fidan Tağızadə təlimçi kimi çıxış ediblər.
Təlim zamanı Bakı və Sumqayıt şəhərlərində yerləşən məktəblərdə fəaliyyət göstərən məktəb psixoloqlarına beynəlxalq təcrübə nəzərə alınmaqla bilik və bacarıqlarının artırılması məqsədilə, intihara cəhd etmiş, eyni zamanda zorakılığa (cinsi, psixi, fiziki) məruz qalmış uşaqlarla işin təşkili, valideynlərlə aparılan görüşlərin effektiv üsulları barədə məlumatlar verilib, həmçinin müxtəlif problemli vəziyyətlər üzərində iş aparılması məsələləri müzakirə edilib.
Növbəti gündə təlimi uğurla bitirən iştirakçılara Komitə tərəfindən sertifikatlar təqdim ediləcək.
Qeyd edək ki, ümumilikdə təlimlərdə 400-ə yaxın psixoloq iştirak edib.