Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində bölgələrdə maarifləndirmə tədbirləri keçirilir

24 ноября 2021

Поделиться:

Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyası çərçivəsində bölgələrdə maarifləndirmə tədbirləri keçirilir
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfdaşları ilə birlikdə gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq kampaniyasına start verib. Kampaniya çərçivəsində ictimaiyyətin diqqətini gender əsaslı zorakılıqla mübarizəyə cəlb etmək məqsədilə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən regionlarda silsilə tədbirlər həyata keçirilir.
Ağdam, Sabirabad, Şüvəlan UADM-lərin təşkilatçılığı ilə keçirilən tədbirlər zamanı iştirakçılara məişət zorakılığının növləri, zorakılığın qarşısının alınması sahəsində görülən işlər, o cümlədən məişət zorakılığının qarşısının alınmasına yönəlmiş hüquqi, sosial xarakterli qabaqlayıcı tədbirlər, mühafizə orderinin verilməsi qaydası, zorakılıqdan zərər çəkmiş şəxslərə göstərilən xidmətlər haqqında ətraflı məlumat verilib.
Qeyd edək ki, məişət zorakılığı ilə mübarizəyə həsr olunmuş maarifləndirmə tədbirləri 16 günlük fəallıq kampaniyası çərçivəsində dekabrın 10-dək digər rayonlarda da davam etdiriləcək.