Bahar Muradova Zaqatala UADM-in əməkdaşları və benefisiarları ilə görüşüb

23 ноября 2021

Поделиться:

22-23 noyabr 2021-ci il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradovanın xarici qonaqlarla birgə Zaqatalaya səfəri çərçivəsində Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları ilə də görüşü keçirilib.
Görüş çərçivəsində Mərkəzdə göstərilən xidmətlər barədə geniş məlumat verilib, fəaliyyət istiqamətləri üzrə gələcəkdə həyata keçiriləcək layihə və tədbirlər barədə kollektivlə müzakirələr aparılıb, tövsiyələr edilib.
B.Muradova görülən işlər və qarşıda duran vəzifələr barədə fikirlərini bölüşüb, vətəndaşlarla aparılan icma əsaslı sosial-psixoloji işlərin vəziyyəti ilə maraqlanıb. O, xidmətlərdən bəhrələnən uşaqlarla keçirilən məşğələlərdə iştirak edib.
Daha sonra mərkəzin daimi üzvü 84 yaşlı Valeh Həsənov UADM-in Zaqatalanın ictimai həyatında mühüm rolunu qeyd edərək, ailə və uşaqları, eləcə yaşlı insanları daim diqqətdə saxlayan Mərkəz əməkdaşlarına təşəkkürünü bildirib.
Sonda xatirə şəkli çəkdirilib.