“Zorakılığa məruz qalmış uşaqlarla sosial iş və intervyuların aparılması” mövzusunda 2 günlük təlim
Поделиться:
30-31 mart 2016-cı il tarixlərində Azərbaycan Sosial İş İctimai Birliyi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ABŞ səfirliyinin dəstəyi ilə ABŞ-ın Dominik Universitetinin Sosial İş üzrə professoru xanım Letisya Villarreal-Sosa tərəfindən AQUPDK-nin nəznində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin sosial işçiləri üçün “Zorakılığa məruz qalmış uşaqlarla sosial iş və intervyuların aparılması” mövzusunda 2 günlük təlim keçirilmişdir.
Təlimdə zorakılıq hallarının qarşısının alınması istiqamətində siyasətin qurulması və həyata keçirilməsi, uşaqlara qarşı zorakılığın növləri, cinsi zorakılığa məruz qalmış uşaqlarla işin təşkili, xüsusilə, onlarla müsahibənin keçirilməsi qaydaları, reablitasiya texnikaları barədə ətraflı məlumat verilmişdir. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunmuşdur.