Tələbələrin iştirakı ilə “Məişət zorakılığına YOX deyək!” adlı tədbir keçirilib

15 ноября 2021

Поделиться:

15 noyabr 2021-ci il tarixində Azərbaycan Universitetində “Məişət zorakılığına YOX deyək!” adlı növbəti tədbir keçirilib. Tədbirdə Universitetin tələbə və magistrları iştirak edib.
Tədbiri giriş sözü ilə Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müdiri Tünzalə Verdiyeva açıb. Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin əməkdaşları Rafiq Mahmudov və Səmra Əliyeva məişət zorakılığı nədir, zorakılığın növləri, zorakılıq qurbanlarına kömək mexanizmləri, müvafiq istiqamətdə mövcud qanunvericilik bazası, yerli və xarici təcrübə barədə tələbələrə geniş məlumat veriblər. Eyni zamanda Dövlət Komitəsinin məişət zorakılığı ilə bağlı həyata keçirdiyi tədbirlər haqqında danışılıb, “Özümüzü məişət zorakılığından necə qorumalıyıq?” adlı təqdimat və “Azərbaycan ailəsi” film festivalında iştirak etmiş “Affekt” filmi nümayiş etdirilib.
Tədbir müzakirələrlə davam edib.