Regionlarda “Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda təlimlər keçirilir
Поделиться:
Avropa İttifaqı tərəfindən dəstəklənən “Azərbaycanda məişət zorakılığı qurbanlarının təhlükəsizliyinin və onlara dəstəyin təmin edilməsi üçün dövlət qurumlarının və yerli səviyyədə istiqamətləndirmə mexanizmlərinin imkanlarının gücləndirilməsi” adlı Tvinninq layihəsi çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzində təlimlər keçirilib.
26 oktyabr 2021-ci il tarixində “Məişət zorakılığının qarşısının alınması sahəsində maarifləndirmə işinin gücləndirilməsi” mövzusunda keçirilən təlimlər Litvanın Sosial Təminat və Əmək Nazirliyinin əməkdaşları Daina Urbonaitienė və Audra Mikalauskaitė tərəfindən aparılıb.
Təlimlərdə Saatlı və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin əməkdaşları, yerli icra hakimiyyəti orqanları yanında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarının üzvləri, Heydər Əliyev Mərkəzi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndələri, məktəb müəllimləri, psixoloqlar və könüllü gənclər iştirak ediblər.