“Gənclərin məşğulluq problemləri və onların həlli yolları” mövzusunda növbəti onlayn görüş keçirilib
Поделиться:
Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində təhsil müəssisələrində maarifləndirmə tədbirlərinin davamı olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin tələbələri üçün “Gənclərin məşğulluq problemləri və onların həlli yolları” mövzusunda onlayn görüş keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə problemləri şöbəsinin baş məsləhətçisi Rafiq Mahmudov iş axtarışının düzgün aparılması, o cümlədən işaxtaran və işsiz şəxslərin, gənc ailələrin sosial müdafiəsi məqsədilə təqdimatla çıxış edərək tələbələri narahat edən problemlərdən danışıb və onları maraqlandıran suallara cavab verib.
Yekunda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecinin tələbələri tərəfindən ekspertə yönəlmiş suallar cavablandırılıb.
Tədbirdə 30-dan çox tələbə iştirak edib.