Mətbuat üçün açıqlama
Поделиться:
Ötən gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən sığınacağa yerləşdirilən azyaşlının nənəsi ilə əlaqə saxlanılıb.
Rusiya Federasiyasında yaşayan nənə qısa müddət ərzində Bakıya qayıdacağını və nəvəsini qəyyumluğa götürəcəyini bildirib. O, 18 yaşı olanadək nəvəsinə baxmaq üçün etibarnaməsi olduğunu bildirib. Eyni zamanda nəvəsi üçün ən etibarlı yerin dövlətin himayəsi olduğunu qeyd edib.
Hazırda Dövlət Komitəsi tərəfindən azyaşlının təhsilini davam etdirməsi üçün sənədlər hazırlanır və bu gün onun nənəsi ilə telefon vasitəsilə əlaqə saxlaması üçün şərait yaradılacaq.