20 oktyabr Zəngilan rayonunun işğaldan azad olunduğu gündür

20 октября 2021

Поделиться:

Müzəffər Ordumuzun döyüş meydanında göstərdiyi rəşadət sayəsində 44 günlük Vətən müharibəsi dövründə Zəngilan rayonu işğaldan azad edildi.

Tarixi Azərbaycan torpağı olan Zəngilan rayonu mühüm coğrafi-strateji əhəmiyyət daşıyır. Rayonda Beynəlxalq Hava Limanının təməlinin qoyulması və bir sıra quruculuq işlərinin həyata keçirilməsi Böyük qayıdışın ilk addımları kimi uğurlu sosial-iqtisadi inkişaf üçün vacib rol oynayacaqdır.