Avropa Şurasının Uşaq Hüquqları üzrə Rəhbər Komitəsinin dördüncü görüşü keçirilib
Поделиться:
13-15 oktyabr 2021-ci il tarixlərində Avropa Şurasının Uşaq hüquqları üzrə Rəhbər Komitəsinin videokonfrans formatında müvafiq sessiyalardan ibarət dördüncü görüşü keçirilib.
Görüşdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Raidə Əmirbəyova iştirak edib.
Sessiyalar çərçivəsində Avropa Şurasının Uşaq Hüquqlarına Dair Strategiyasının hazırlanmasına dair müzakirələr aparılıb və təkliflər səsləndirilib. Eyni zamanda valideyn himayəsindən məhrum olmuş uşaqların hüquqlarının müdafiəsinə dair təcrübə mübadilələri aparılıb.
Görüş çərçivəsində uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət qurumlarının, beynəlxalq təşkilatların və vətəndaş cəmiyyətinin üzvləri arasında koordinasiya işlərinin gücləndirilməsinə dair təkliflər səsləndirilib.
Qeyd edək ki, görüşdən əvvəl Avropa Şurasının üzvü olan ölkələr tərəfindən uşaq hüquqlarını əhatə edən konkret sahələr üzrə daha çox diqqət yetirilməli olan məsələlərlə bağlı ölkələrin təklifləri və bu sahədə atılan addımları əhatə edən məlumatlar Avropa Şurasının müvafiq Komitəsinə təqdim edilib.