Gəncədə erməni terrorunun qurbanlarının xatirəsi yad edilib

17 октября 2021

Поделиться:

Gəncədə erməni terrorunun qurbanlarının xatirəsi yad edilib

44 günlük Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci ən böyük şəhəri olan Gəncəni növbəti dəfə ballistik raket atəşinə tutmasından bir il ötür.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Göygöl Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları məktəblilərin iştirakı ilə Gəncə terrorunun baş verdiyi əraziyə səfər ediblər.

Səfər zamanı yaxın ərazidə yaşayan zərər çəkmiş sakinlər həmin gecə ilə bağlı keçirdiyi hisləri uşaqlarla bölüşüblər. Terror qurbanları böyük ehtiramla yad edilib, onların xatirə guşəsi önünə gül dəstələri və oyuncaqlar düzülüb.