Füzulinin işğaldan azad olunmasından bir il ötür
Поделиться:
Bu gün Füzulinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edildiyi gündür.
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub. “Bizim tarixi, qədimi yaşayış məskənimizi Azərbaycan özünə qaytardı, on minlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək” – deyə Ali Baş Komandan İlham Əliyev ötən ilin bu günü xalqa müraciətində qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.