Aprelin 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova İran İslam Respublikasının Xüsusi Xəstəliklər Fondunun prezidenti Fatimə Haşimini qəbul edib

27 апреля 2016

Поделиться:

Görüşü giriş sözü ilə açan prezident , Azərbaycanda qadın siyasətinin gücləndirilməsi, uşaq hüquqlarının qorunub saxlanmasına dövlət tərəfindən göstərilən qayğının nəticəsi olaraq Komitənin yaradılmasını xüsusi qeyd edərək, iki dövlət arasındakı münasibətlərin inkişaf etdirilməsi istiqamətdə işlərin davamlı olaraq aparılmasının əhəmiyyətini vurğulayıb.  

Daha sonra Çətin Sağalan Xəstələrin İdman Federasiyası haqqında məlumat verən prezident  50 il bundan öncədən başlayaraq bu xəstələr üçün idman yarışlarının keçirildiyini qeyd edib.

Komitə sədri Hicran Hüseynova Azərbaycan Respublikasının Birinci Xanımı, Heydər Əliyev Fondunun preziedenti Mehriban xanım Əliyeva tərəfindən təhsilin inkişafı üçün ölkənin bütün bölgələrində məktəblərin inşa olunduğunu, talassemiya və homefiliya mərkəzlərinin yaradıldığını və eyni zamanda bu xəstələrə dövlət qayğısının daha da gücləndirildiyini qeyd edən sədr, gələcəkdə yarana biləcək xəstəliklərin  qarşısının alınması istiqamətində dövlət tərəfindən gənclərin nikahdan öncə tibbi müayinədən keçməsi haqqında Qanun qəbul edildiyi haqqında məlumat verib.

Sonda tərəflər arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.