Vətən müharibəsi qazilərinin ailələri ziyarət edilib
Поделиться:
15 may - Beynəlxalq Ailə Günü münasibətilə keçirilən silsilə tədbirlərin davamı olaraq, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi nəzdində fəaliyyət göstərən Qəbələ, Goranboy və Sabirabad Uşaq və Ailələrə Dəstək Mərkəzlərinin nümayəndələri Vətən müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən qazilərin ailələrini ziyarət ediblər.
Görüş zamanı qazilərin döyüş xatirələri bölüşülüb və qəhrəman Vətən oğullarının şücaətinin gənclərə nümunə olduğu qeyd edilib.
Mərkəzlərin əməkdaşları qazilərin gündəlik qayğı və ehtiyacları ilə maraqlanaraq, onlara müxtəlif hədiyyələr təqdim ediblər.