Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinin yekun tədbiri keçirilib

10 мая 2016

Поделиться:

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müasir dövrün görkəmli siyasi x adimi Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi müdrik fikir və tövsiyyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təşviq etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aşkar olunmasına şərait yaratmaqdır.

Tədbirdə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Elm, mədəniyyət, xalq təhsili və sosial problemlər şöbəsinin müdiri İsmayıl Sadıqov, Milli Televiziya və Radio Şurasının sədr müavini Sona Vəliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova, YAP qadınlar şurasının sədri Nurlana Əliyeva və digər dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri və jurnalistlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana ziyarət edərək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Tədbiri giriş sözü ilə açan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova qeyd edib ki, müsabiqə Ümumilli Lider Heydər Əliyevin Azərbaycan qadını haqqında söylədiyi fikir və tövsiyyələri dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin proqramı kimi gənclər arasında təbliğ etmək, istedadlı jurnalistlərin yaradıcılıq imkanlarının aş kar olunmasına şərait yaratmaq məqsədilə keçirildiyini vurğulamışdır. Həmçinin Komitənin sədri ölkəmizdə aparılan ardıcıl və uğurlu siyasət qadınların vəziyyətinə və cəmiyyətdəki mövqeyinə də öz müsbət təsirini göstərir.

Tədbirdə Milli Televiziya və Radio Şurasının sədr müavini Sona xanım Vəliyeva, AzərTAC-ın baş redaktoru Yaşar Quluzadə çıxış ediblər.

Rəsmi hissəninin sonunda Ümummilli Lider Heyder Əliyevə həsr olunmuş videofilm nümayiş olunub.
Çıxışlardan sonra dövlət və hökumət rəsmilərinin, ictimaiyyət nümayəndələrinin və jurnalistlərin iştirakı ilə müsabiqə qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Üçüncü yerə “Mövqe” qəzetinin müxbiri Mübariz Bayramov, ikinci yerə Kaspi qəzətinin əməkdaşı Şəbnəm Məhdizadə, birinci yerə isə “SƏS” qəzetinin İnformasiya şöbəsinin müdiri Rəfiqə Kamalqızı layiq görülüblər.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira xanım Süleymanova çıxış edərək, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikası Konstitusiyasının müstəqil dövlətimizin həyatında böyük dönüş nöqtəsi olduğu, dövlət quruculuğu tarixində ilk dəfə olaraq Konstitusiyamızda insan və vətəndaş hüquq və azadlıqlarının dövlətin ali məqsədi kimi təsbit olunduğunu diqqətə çatdırmışdır.

Sonda Komitənin sədri Hicran Hüseynova tədbiri yekunlaşdıraraq, Heydər Əliyev irsinin və xatirəsinə həsr olunmuş müsabiqələrin keçirilməsinin vacibliyini və bu cür tədbirlərin daha geniş çərçivədə təşkil olunmasının məqsədəuyğun olduğu nu vurğulamışdır.