Ağdamda “Narkotik maddələrə yox deyək!” adlı maarifləndirmə işi aparılıb

14 апреля 2021

Поделиться:

14 aprel 2021-ci il tarixində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019–2024-cü illər üçün Dövlət Proqramı”nın 4.4.23-cü bəndinin (Narkotik vasitələrin, psixotrop maddələrin qəbulu və bunlarla bağlı problemlər haqqında vətəndaşlar arasında ictimai maarifləndirmə işinin aparılması) icrası ilə əlaqədar  “Narkotik maddələrə yox deyək” adlı buklet əhali arasında paylanılıb.
 
Maarifləndirmə işinin keçirilməsində məqsəd narkotik vasitələrdən istifadənin insan sağlamlığına zərəri, QİÇS, Hepatit C, Sifilis kimi ağır yoluxucu xəstəliklərin yaranmasına səbəb olması və o cümlədən cəmiyyətə mənfi təsirləri barədə əhalini məlumatlandırmaqdır.