Xətai rayonu 3 saylı uşaq evinin sakinləri üçün şokolad fabrikində ekskursiya təşkil olunub

1 июня 2016

Поделиться:

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən hər il 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə silsilə tədbirlər təşkil olunur. Təşkil olunan tədbirlərdə valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün ailələrdən olan uşaqların iştirakı xüsusi olaraq nəzərə alınır.

 

Silsilə tədbirlər çərçivəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 16 may 2016-cı il tarixində “Ulduz” şokolad fabrikində Bakı şəhəri Xətai rayonu 3 saylı  uşaq evinin uşaqları üçün ekskursiya təşkil olunub.

Ekskursiyanın təşkilində məqsəd  3 saylı uşaq evinin uşaqları arasında asudə vaxtın səmərəli təşkilidir.

Ekuskursiya zamanı ilk növbədə “Ulduz” şokolad fabriki ilə ümumi tanışlıqdan sonra fabrikin əməkdaşı tərəfindən uşaqlara şokolad məhsullarının hazırlanma texnologiyası haqqında məlumatlar verilib, qısa təqdimat nümayiş olunub.

Daha sonra bütün istehsal sahəsi üzrə gəzinti təşkil edilib və uşaqlar şokoladın hazırlanma texnologiyası ilə əyani şəkildə tanış olublar. Həmçinin uşaqlara hazırlanan məhsullardan yerindəcə dadma şəraiti yaradılıb.

Sonda ekskursiyada iştirak edən uşaqlara qida, eyni zamanda fabrikin şokolad məhsullarından ibarət hədiyyələr  verilib.