Qadın məhkumların hüquqi maarifləndirilməsi və müraciətlərinə baxılması istiqamətində tədbirlər davam etdirilir
Поделиться:
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti arasında əməkdaşlıq çərçivəsində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən qadınların problemlərinin öyrənilməsi və həlli istiqamətində 10 mart 2021-ci il tarixində Komitənin əməkdaşının məhkumlarla onlayn formatda görüşü keçirilib. Görüş zamanı 30 məhkum qadının müraciəti dinlənilib.
Görüşdə məhkumların ailələrinin sosial müdafiəsi, mülki mübahisələr, aliment məsələləri, məhkumların övladlarının əlillik və sağlamlıq problemləri, həmçinin, internat və uşaq evlərində təhsil alan övladlarının problemləri və digər vacib məsələlər ilə bağlı ərizə və müraciətlərə baxılıb.
Müraciət edən məhkum qadınların problemləri araşdırılaraq Dövlət Komitəsinin səlahiyyətləri çərçivəsində zəruri tədbirlər görülməsi istiqamətində işlər görülüb.