Şüvəlan UADM şəhid və qazi ailələrinə dəstək aksiyasını davam etdirir
Поделиться:
Bu dəfə "Coco-Cola" Fondu və "ASAN könüllüləri" aksiyaya qoşularaq Şüvəlan Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial iş üzrə mütəxəssisləri ilə birlikdə şəhid, qazi və əsgər ailələrinin ehtiyaclarını müəyyən etmək və lazımi köməkliyi göstərmək məqsədilə ailələri ziyarət ediblər.
Səfər zamanı Şüvəlan UADM-in psixoloq və sosial işçiləri ailə üzvləri ilə söhbət apararaq, onların səhiyyə və müxtəlif sosial təminat problemlərinin həlli istiqamətində dəstək göstərmək üçün qeydlər aparıblar.